İcra başçısı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Qəbula vətəndaşların şikayətləri ilə bağlı əlaqədar idarə, müəssisə rəhbərləri də dəvət olunublar.
Şəhid ailələri, qazilər növbədənkənar qəbul edilib, problemləri yerində həll olunub.
Köçərli kənd sakinləri əvvəllər suvarmada istfadə etdikləri su arxının bərpası ilə, bəzi vətəndaşlar Vətən müharibəsində şəxsi əmlaklarına dəyən ziyanın aradan qaldırılması, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, işlə təmin olunma ilə bağlı icra başçısına müraciət ediblər. Onların hər birinin probleminin həllinə həsasslıqla yanaşılıb və köməklik göstərilib, həlli vaxt tələb edən məsələlər barədə izahatlar verilib.
İcra başçısı Respublika Prezidentinin 06 iyul 2021-ci il tarixli Sərəncamları ilə bağlı məlumat verib, vətəndaşlara tezliklə onların şəxsi əmlaklarına dəymiş ziyanla bağlı kompensasiyaların ödəniləcəyini bildirib.
Rayon sakinləri əhalinin məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərə, Vətən müharibəsində şəxsi əmlaklarına dəymiş ziyanla bağlı möhtərəm Prezident cənab İlham Əliyevin əhaliyə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.