Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərlə görüş yaddaqalan olmuşdur

13 may 2014 | 15:00

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun “Gənclər mərkəzi”ndə Tərtər gəncləri və idmançıları ilə keçirilən görüşü  yaddaqalan olmuşdur.

Çox səmimi keçən bu görüşdə rayon gənclər və idman idarəsinin rəisi İsmayıl İsmayılov gənclərin sayı, onların məşğulluğu, idmana münasibəti, idman qurğularının vəziyyəti barədə məlumat vermişdir.

Rayon rəhbəri gənclərin hər biri ilə söhbət etmiş, Boks üzrə idman ustası Faiq Məmmədov, Nurlan Əmirxanlı, Dadaş Əliyev, Rəşad Qarayev, Əhməd İsmayılov və başqaları rayonumuzda keçirilən idman yarışları haqqında məlumat vermişlər. Rayon rəhbəri tezliklə rayonumuzda olimpiya idman kompleksinin tikiləcəyini qeyd etmiş və tərtərli gənclərin idmana olan məhəbbətinin onu sevindirdiyini bildirmişdir.

 

Keçidlər