Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Sağlam ailə naminə narkotiklərə yox deyirik” mövzusunda onlayn formatda tədbir keçirilib

25 iyun 2021 | 16:00

İyunun 25-də Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövrüyyəsinə qarşı mübarizə üzrə Tərtər rayon komissiyasının təşkilatçılığı ilə “26 iyun –Narkotik vasitələrin sui-istifadə və qanunsuz dövrüyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar  “Sağlam ailə naminə narkotiklərə yox deyirik” mövzusunda onlayn formatda tədbir keçirilib.


Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilatların, yerli icra nümayəndələrinin və  bələdiyyə sədrlərinin nümayəndələri iştirak edib.


Tədbirdə çıxış edən rayon Komissiyasının sədri Ramiz Şabanov qeyd etdi ki, hər bir dövlətdə cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran sosial-iqtisadi inkişafına mənfi təsir göstərən insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan narkomanlığın yayılmasının qarşısının alınması və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövrüyyəsi ilə mübarizə sahəsində 2021-ci ildə də Tərtər rayonunda bir sıra təşkilatı və proflaktiki tədbirlər hazırlanıb həyata keçirilmişdir.


Azərbaycan Respublikası Prezidentinin  22 iyul  2019-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövrüyyəsinə və narkomaniyaya qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün  Dövlət Proqramı” ndan irəli gələn vəzifələrin yerinə yetirilməsinə çalışan rayon komissiyası ötən dövrdə problemin aktuallığını nəzərə alaraq müvafiq rayon təşkilatlarının əlaqələrinin möhkəmləndirilməsinə, narkomanlığa qarşı mübarizənin gücləndirilməsinə, əhalinin bu sahədə maarifləndirilməsinə, qabaqlayıcı proflaktiki tədbirlərin həyata keçirilməsinə dair karantin qaydalarına əməl etməklə  bir sıra işlər görmüşdür.


2021-ci ilin ötən dövrü ərzində narkomanlığa qarşı mübarizə işinin səmərəliliyini təmin etmək məqsədilə rayonun idarə-müəssisə və təşkilatlarının kəndli-fermer təsərrüfatı rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin, eləcə də digər aidiyyəti qurumların fəaliyyətləri vaxtaşırı olaraq təhlil edilmiş, bu təhlükəli bəlaya qarşı mübarizə işinin gücləndirilməsinə diqqət daha da artırılmışdır.


R.Şabanov qeyd etdi ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindormunun surətlə artmasına təkan verir, sosial –iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir.


Qeyd olundu ki, narkomanlığın  sarsıdıcı nəticələri ölkəmizdən də yan ötməyib.

Burada ən acınacaqlı və haqlı narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Odur ki, cəmiyyətimizi bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin yürütdüyü sosial siyasətin prioriteti olmaqla başlıca vəzifələrindən biridir. Biz hamılıqla “Narkomaniyaya yox deyirik”  

Videokonfransda çıxış edən rayon Mərkəzi Xəstəxanası həkim-psixator-narkoloq həkimi Rima Axundova, rayon Polis şöbəsinin əməkdaşı Eldəniz İsmayılov, Tərtər Şəhər 6 saylı tam orta məktəbin direktoru Azad Abbasov, Hacıqərvənd kənd tam orta məktəbin direktoru Sitarə Xəlilova ümumbəşəri bəla olan narkomaniyaya qarşı mübarizənin davamlı olmasının, bu işdə bütün cəmiyyətin birgə mübarizə aparmasının vacibliyini vurğuladılar.

Keçidlər