Rayon icra hakimiyyətinin başçısının Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərlə görüşü keçirilmişdir
13 may 2014 | 15:00
Tərtər rayon İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədovun Qarabağ müharibəsi veteranları, əlilləri, şəhid ailələri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlərlə görüşü keçirilmişdir.
Görüşdə Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri cəmiyyətinin sədri Suliddin Yusibov, 1-ci qrup əlil Akif Lalayev və başqaları icra başçısına yeni başladığı çətin və şərəfli işində uğurlar arzuladılar.
Rayon rəhbəri tədbir iştirakçılarının hər birinin fikirlərini diqqətlə dinlədi və yaranmış problemlərinin tez biz zamanda qanun çərçivəsində həl olunmasına köməklik göstəriləcəyini bildirdi.