Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı növbəti dəfə vətəndaşları qəbul etdi

22 iyun 2021 | 16:00

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Vətəndaşlar 44 günlük Vətən müharibəsində evlərinə dəyən ziyanla, təmir-tikinti, məişət və şəxsi əşyalarına dəymiş ziyanın qiymətləndirilməməsi, dövlət tərəfindən veriləcək kompensasiyaların gecikdirilməsi, özünüməşğulluq və digər problemlərlə əlaqədar müraciət ediblər.

Onların müraciətləri rayon rəhbəri tərəfindən diqqətlə dinlənilib, həlli mümkün problemlər həll edilib, araşdırılması vaxt tələb edən müraciətlərlə bağlı isə əlaqədar qurumlara tapşırıqlar, əsassız müraciətlərlə bağlı isə vətəndaşlara müvafiq izahatlar verilib.

Qəbulda olan rayon sakinləri müraciətlərinin dinlənilməsindən razı qaldıqlarını və Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər