Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub

15 iyun 2021 | 16:00

Əvvəlcə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə mərkəzi meydanda Ulu Öndərin xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.

Sonra Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, onun həyat və yaradıcılığından bəhs edən eksponatlarla tanış olublar.

Tədbirdə qeyd olunub ki, bu günün Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bildirilib ki, ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və ötən illər ərzində müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanıb.

15 iyun-Milli Qurtuluş Günü münasibəti ilə Ulu Öndərin adını daşıyan parkda karantin rejminin tələblərinə riayyət etməklə rayon Mədəniyyət Mərkəzinin hazırladığı konsert proqramı təqdim edilib.

Keçidlər