Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət sahəsinə diqqət artırılacaq

11 may 2014 | 15:00

Rayon mədəniyyət işçiləri ilə görüşdə rayon rəhbəri yeni mədəniyyət obyektlərinin tikiləcəyini bildirmişdir.

Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov, rayon mədəniyyət evinin direktoru Telman Məmmədov, Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Ulduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Rüstəm Abbasov, tarix-diyarşünaslıq muzeyinin direktoru Nazilə Əsilbəyova, musiqi məktəbinin direktoru Emin Haqverdiyev və başqaları öz işlərindəki problemlərdən söhbət açmışlar. Qeyd olunmuşdur ki, tarix-diyarşünaslıq muzeyi və musiqi məktəbi köhnə binalarda yerləşir. Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  isə öz binası olmadığına görə mədəniyyət və turizm şöbəsinin binasında fəaliyyət göstərir. Rayonda yeni mədəniyyət obyektlərinin tikintisinə ehtiyac var.

Hər kəsi diqqətlə dinləyən rayon icra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılmasında mədəniyyət işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək, bu sahədə mövcud problemlərin aradn qaldırılmasına xüsusi diqqət göstərəcəyini vurğuladı.

Keçidlər