Tərtərdə barama tədarükünə başlanıb
Prezident cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızda ipəkçiliyin inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi Tərtər rayonunda da ənənəvi sahələrdən olan baramaçılığın inkişafına təkan verib.
Artıq rayonda yaş barama tədarükünə başlanılıb. Qəbul məntəqəsində baramanın qəbulu üçün lazimi şərait yaradılıb. Mövsümün ilk günlündə kümçülərin yetişdirdikləri 1550 kiloqram məhsul “Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilib.
Qeyd edək ki, ötən il rayonda 12,1 ton barama istehsal edilib. Bu il isə 17 ton barama istehsalı nəzərdə tutulub.
Kümçülər dövlət başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələrin əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət etdiyini, qısa müddət ərzində zəhmətlərinin bəhrəsini gördüklərini bildirib, ipəkçiliyin gəlirli sahə kimi bundan sonra da inkişaf etdiriləcəyinə əminliklərini ifadə ediblər.