Tərtərdə yeni asfalt örtüyü salınmış yollarda nişanlama xətlərinin çəkilişi işləri aparılır
16 may 2021 | 16:00
44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun ərazisini intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən rayonda yol infrastrukturunun yenidənqurulması işləri surətlə davam etdirilir. Hazırda Tərtər şəhərində yeni asfalt örtüyü salınmış küçələrdə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.