Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini COVID-19 əleyhinə peyvənd olunub

10 may 2021 | 16:00

“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda vaksinasiya prosesi uğurla davam edir.

Bu gün Tərtər Rayon İcra Hakimiyyəti başçısının İctimai-Siyasi və Humanitar Məsələlər Şöbəsi müdiri vəzivəsini müvəqqəti icra edən Elvin Umudov COVID-19 əleyhinə peyvənd olunub.

Qeyd edək ki, Tərtər rayonunda vaksinasiya prosesi Tərtər Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir. Xəstəxanada təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək rayon üzrə ümumilikdə 12415 nəfər COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 7561 nəfər birinci doza, 4854 nəfəri isə ikinci doza peyvənd olunmuşdur.

Keçidlər