Rayon rəhbəri Vətən müharibəsi qazisinin ailəsində olub
07 may 2021 | 16:00
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov və YAP rayon təşkilatının sədri Ramiz Şabanov, bir qrup partiya fəalı ilə birgə minaya düşərək bir ayaqını itirmiş Zolgəran kənd sakini, qazi Orucov Elşad Lətif oğlunun ailəsində olub, səhəti və qayğıları ilə maraqlanıb köməklik göstəriblər.
Qazinin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.