İcra başçısı vətəndaşları qəbul edib
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə rayon sakinlərini karantin qaydalarının tələblərinə əməl etməklə qəbul edib. Vətəndaşlar əkin sahələrinin suvarılmasında rastlaşdıqları çətinliklərlə, işlə, özünüməşğulluq problemləri ilə, ünvanlı sosial yardımla, müharibədən evlərinin ziyan çəkməsi ilə bağlı müraciət ediblər.
Onları narahat edən problemləri dinlənildikdən sonra, həlli mümkün müraciətlər yerindəcə həll edilib, həlli vaxt tələb edən müraciətlərin həlli istiqamətində isə aidiyyəti qurumlara müvafiq tapşırıqlar, icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib.
Qəbulda olan sakinlər onların müraciətlərinin dinlənilməsindən razi qaldıqlarını və Tərtər rayonuna göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.