Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə kümçülərə barama qurdu toxumu paylanıldı

30 aprel 2021 | 16:00

Ölkə rəhbəri cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində Tərtər rayonunda da müntəzəm surətdə bu istiqamətdə işlər davam etdirilir, baramaçılığın keçmiş şöhrətinin qaytarılması üçün mühüm addımlar atılır. Rayonda ipəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır. Bu sahəyə dövlət dəstəyinin nəticəsində respublikamızda barama istehsalı ildən-ilə artır. 

Ötən il  Tərtər rayonunda  12,1 ton barama istehsal edilmişdir. Bu il isə Qax rayon Damazlıq İpəkçilik stansiyasından 350 qutu barama qurdu gətirilərək kümçülərə paylanması təmin edilmişdir. Rayonun 30 kəndində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilmiş, ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici bukletlər paylanmışdır.

Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını dəfələrlə artırmağa imkan verəcəkdir.

Keçidlər