Tərtərdə vətəndaşların əmlakına dəymiş ziyan aradan qaldırılır
Tərtər rayonunda Ermənistan silahlı qüvvələrinin Azərbaycana hərbi təcavüzü nəticəsində mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam edir.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov təmir-tikinti işlərinin getdiyi ərazilərə baş çəkib, işlərin gedişatı ilə yerində tanış olub.
Rayon rəhbərinə məlumat verilib ki, 5496 təmir-bərpa kateqoriyasına aid edilmiş evlərin 2396-da təmir-bərpa işlərinə başlanılıb, 1512 evdə isə təmir işləri başa çatıb. 64 qəzalı evdən 54-də tikinti işləri davam etdirilir.
Sonra icra başçısı sakinlərlə görüşüb, onların müraciət və təkliflərini dinləyib. Vətəndaşlar dəymiş ziyanın tez bir zamanda aradan qaldırılmasından razı olduqlarını, göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.