Şriftin ölçüsü :

Saytın rəngi :

44 günlük Vətən müharibəsindən sonra Tərtər rayonunun yol infrastrukturu yenilənir

28 aprel 2021 | 16:00

44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun təmas xəttindən aralıda dinc əhalinin yaşadığı əraziləri intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən respublikamızın hər yerində olduğu kimi Tərtər rayonundada yol infrastrukturunun yenidənqurulması işlərinə başlanılmışdır. 

Belə ki, respublika əhəmiyyətli Bərdə-İstisu avtomobil yolunun Tərtər şəhərindən keçən hissəsi, şəhərin Vasif Hüseynov, Bəsdi Bağırova, Nizami Süleymanov, Əli İsmayılov, Mübariz Kərimov, Teymur Rəhimov, Nizami Gəncəvi, Elman Hüseynov, Şah İsmayıl Xətai, Elman Səfərov, Məhəmməd Füzuli  küçələri, Nizami küçəsinin bir, Elman Hüseynov küçəsinin üç, Nəriman Nərimanov küçəsinin 1 döngəsi asfaltlanmışdır. Yerli əhəmiyyətli Kovdadıq - Rəcəbli, Seydimli və Düyərli yolları təmir edilmişdir. Hazırda Azad Qaraqoyunlu-İlxıçılar-Aşağı Qapanlı-Evoğlu-Köçərli kəndlərini birləşdirən kəndlərarası avtomobil yolunun əsaslı təmir işlərinə başlanılmışdır.

Eyni zamanda şəhərin asfalt salınan küçələrində istinad divarları aqlay və bəzək daşları ilə üzlənir, ağaclar budanır, elektrik, qaz, telefon xətləri qaydaya salınır.

Növbəti mərhələdə ardıcıl olaraq rayonun digər avtomobil yollarının da asfaltlanması və təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov növbəti dəfə yol tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış olub, işlərin layihə-smeta sənədlərinə uyğun və yüksək keyfiyyətlə aparılması məqsədi ilə tikinti işlərini həyata keçirən məsul şəxslərlə və sakinlərlə görüşüb, müvafiq tövsiyələrini verib.

Sakinlər rayon ərazisində aparılan abadlı-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər