Tərtərdə yanğın təhlükəsizliyinin təmin edilməsi mövzusunda tədbir keçirildi
Aprelin 21-də Heydər Əliyev adına parkda karantin qaydalarının şərtlərinə uyğun olaraq, sosial məsafə gözlənilməklə Tərtər rayonunun taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərindəyanğın təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı tədbir keçirildi.
Aidiyyəti qurumların əməkdaşlarnın, İƏD üzrə nümayəndələrinin və Bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə taxıl zəmilərində, otlaq sahələrində habelə meşə fondu ərazilərində yanğınların baş verməməsi üçün geniş müzakirə aparıldı.
Tədbirdə rayon icra hakimiyyətini başçısının birinci müavini Ramiz Şabanov, FHN-nin DYNX-nin Aran Regional DYNİ-nin böyük inspektoru Sadiq Bəbişov, Tərtər Dövlət Aqrar İnkşaf Mərkəzinin direktoru Mehman Babayev, Tərtər DYMH-nin rəis müavini Vüqar Nəcəfov, Rayon Polis Şöbəsinin ictimai təhlükəsizlik bölməsinin rəisi, polis mayoru Müzakir Məmmədov, DAİM-in texniki nəzarətin təşkili üzrə Baş məsləhətçi Alim Binnətov çıxış edərək məhsul yığımına lazımı hazırlıq işlərinin görüldüyünü vurğuladılar. Rayonun taxıl zəmilərində otlaq sahələrində və meşə fondu ərazilərində yanğınların baş verməməsi üçün yerlərdə qabaqlayıcı tədbirlərin görülməsi üçün konkret tədbirlərin həyata keçirilməsinin vacib olduğunu, məhsul toplanışı dövründə yanğın təhlükəsizliyinin təmin olunması, xüsusilə əhalinin marifləndirilməsi ilə əlaqədar işlərin gücləndirilməsi diqqətə çatdırılmışdır.