Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda mobil qruplar tərəfindən reydlər davam etdirilir

06 aprel 2021 | 16:00

Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına riayət olunmasına nəzarət, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə  reydlər davam etdirilir.

Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul əməkdaşlarının və rayonda təşkil edilmiş mobil qrupların iştirakı ilə keçirilən reydlərdə Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara ciddi nəzarət edilir.

Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılaraq onlara sanitar rejimin tələbləri izah edilir, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etmələri tövsiyə olunur.

Keçidlər