Tərtər Rayon Mərkəzi Xəstəxanasında növbəti dezinfeksiya işləri aparılıb
03 aprel 2021 | 16:00
Əhalinin sağlamlığının qorunması, koronavirus infeksiyasının yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Tərtər rayonunda sanitar-dezinfeksiya tədbirləri davam etdirilir.
İnfeksiyanın yayılmasının qarşısının alınması məqsədilə tibbi-profilaktik, dezinfeksiyaedici və qabaqlayıcı tədbirlər Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq həyata keçirilir. Hazırlanmış qrafikə əsasən növbəti dezinfeksiya işləri aprelin 4-də Tərtər Rayon Mərkəzi Xəstəxanasında aparılıb.