Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur” mövzusunda konfrans keçirilmişdir

10 may 2014 | 15:00

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın qurucusudur”  mövzusunda konfrans keçirilmişdir.

Konfransı YAP rayon Təşkilatının sədri Ramiz Şabanov açmış, mövzu ilə bağlı rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə etmişdir. Sonra YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov “Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”, rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev “Heydər Əliyev xalqımızın xilaskarıdır” şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova “Heydər Əliyev Azərbaycan təhsilinin himayəçisidir”. Mövzusunda çıxış etmişlər.

Konfransı YAP rayon təşkilatının sədri Ramiz Şabanov yekunlaşdırmışdır.

Keçidlər