Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Vətən Müharibəsi şəhidinin ailəsi üçün tikilmiş fərdi yaşayış evi istifadəyə verildi

20 mart 2021 | 16:00

Bu gün Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Sarıcalı kəndindən olan Vətən Müharibəsi şəhidi Məmmədov Mehdi Elçin oğlunun ailəsi üçün tikilmiş fərdi yaşayış evinin açılış mərasimində iştirak edib. Fərdi yaşayış evi  iş icraçısı Xəqani Məmmədovun təşkilatçılığı ilə bir qrup xeyirxaq şəxsin vəsaiti hesabına tikilib.

Mərasimdə iştirak edən rayon rəhbəri cənab prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini qeyd etdib. Şəhid ailəsi üçün fərdi yaşayış evin tikintisində zəhməti olan hər kəsə razılığını bildirib.

Rayon icra hakimiyyəti tərəfindən ailəyə bayram sovqatları verilib, evin tikintisində zəhməti olan bir qrup şəxs Fəxri Fərmanla təltif olunub.

Şəhidin anası onlara göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, evin tikintisində zəhməti olan bütün şəxslərə öz minnətdarlığını bildirib.

Keçidlər