Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini COVID-19 əleyhinə peyvənd olunub
18 mart 2021 | 16:00
“Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Tərtər rayonunda vaksinasiya prosesi uğurla davam edir.
Bu gün Tərtər Rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov COVID-19 əleyhinə peyvənd olunub.
Qeyd edək ki, Tərtər rayonunda vaksinasiya prosesi Tərtər Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilir. Xəstəxanada təlimatlara uyğun zəruri şərait yaradılıb. İndiyədək rayon üzrə ümumilikdə 4239 nəfər COVİD-19 infeksiyasına qarşı vaksin edilib ki, onlardan 3480 nəfər birinci doza, 759 nəfəri isə ikinci doza peyvənd olunmuşdur.