Şriftin ölçüsü :

Saytın rəngi :

Litvalı jurnalistlər Tərtərə səfər edib

18 mart 2021 | 16:00

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşkilatçılığı ilə martın 15-də bir qrup litvalı jurnalistin işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Qrupa tanınmış hərbi jurnalist, Azərbaycan Respublikasının “Dostluq Ordeni” ilə təltif edilmiş Riçardas Lapaitis, eləcə də Arunas Sartanaviçius və Mantas Bartasaviçius daxildir.

Litvalı jurnalistlər BAMF Prezidenti Umud Mirzəyevin müşayiəti ilə Tərtər rayonuna səfər çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. İcra başçısı qonaqlara rayon haqqında, dağıdılmış, talan olunmuş, eyni zamanda bərpa edilmiş binalar haqqında məlumat verib. Onlar Vətən müharibəsində ziyan dəymiş infrastrukturu əyani əks etdirən foto şəkil və stendərlə tanış olublar.

Sonra jurnalistlər  işğaldan azad olunmuş Suqovuşan və Çaylı kəndlərinə gediblər. Suqovuşan kəndində infrastrukturun bərpası üzrə aparılan təmizləmə işləri ilə tanış olublar. 

Litvalı jurnalistlər Tərtər Rayon İcra Hakimiyyətinin və BAMF heyətinin nümayəndələrinin müşayiəti ilə Suqovuşanda minalarla çirklənmiş ərazilərlə və minatəmizləmə əməliyyatları ilə tanış olublar. Suqovuşan gölü ətrafında yerli əhalinin nümayəndələri ilə görüşlər keçirilib.

Bundan sonra litvalı jurnalistlər Tərtərdə “Marağa 150” abidəsini ziyarət ediblər. Onlara ermənilərin Dağlıq Qarabağa köçürülməsi ilə bağlı məlumatlar verilib.

Qapanlı kəndində Riçardas Lapaitis kənd sakini Sevda Quliyevaya Azərbaycan əsilli Kanada vətəndaşının göndərdiyi kompüteri təqdim edib.

 

Keçidlər