Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin iyirmi doqquzuncu ildönümü Tərtərdə böyük ehtiramla yad edildi

26 fevral 2021 | 16:00

Xocalı soyqırımının 29-cu il dönümü  ilə əlaqədar olaraq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidlər abidə kompleksini ziyarət edib, karantin rejiminin qaydalarına riayət etməklə ərazi bütövlüyümüz uğrunda canından keçən vətən oğullarının abidəsi önünə gül dəstələri düzüblər.

YAP Tərtər Rayon Təşkilatında rayon rəhbəri  Xocalıdan olan sakinlərlə görüşüb, qayğıları ilə maraqlanıb.

Qeyd olunub ki, XX əsrin sonunda törədilmiş bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda, bütün insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Bu gün Xocalının qisası qiyamətə qalmadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlhah Əliyevin rəhbərliyi ilə Milli Ordumuz bizə düşmən üzərində möhtəşəm qələbə yaşatdı, torpaqlarımız işğaldan azad edildi.

Sonra Xocalıdan olan 20 ailəyə ərzaq yardımı verildi. Xocalıdan olan sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər