Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində 613 ağac əkilib

26 fevral 2021 | 16:00

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin sədri Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində Xocalı soyqırımında erməni faşistləri tərəfindən xüsusi qəddarlıqla öldürülmüş 613 nəfər Xocalı sakininin xatirəsini yad etmək məqsədilə Tərtərdə ağacəkmə aksiyası keçirilib.

Xüsusi karantin rejimi qaydalarına riayət etməklə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssə, təşkilatların kollektivlərinin, könüllülərin iştirak etdiyi aksiyada Tərtər-Bərdə, Tərtər-Şıxarx avtomobil yolunun kənarına 613 ədəd eldar şamı, gövrüş və akasiya ağacları əkilib.

Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.

Keçidlər