Şriftin ölçüsü :

Saytın rəngi :

Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü qeyd olunmuşdur

10 may 2014 | 15:00

Alman faşizmi üzərində qələbənin 69-cu ildönümü münasibətilə 1941-45-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış abidə kompleksində ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə canlı arxivimiz olan Böyük Vətən Müharibəsi iştirakçıları ilə birgə rayon ictimaiyyəti də iştirak etmişdir. Əvvəlcə Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə böyük hörmət və ehtiram əlaməti olaraq  abidə kompleksinin önünə gül-çiçək dəstələri qoyulmuşdur. Sonra onların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  

Rayon icra hakimiyyətinin başçısı  Müstəqim Məmmədov müharibə veteranlarını bayram münasibətilə təbrik etmiş, dövlətin müharibə veteranlarına göstərdiyi diqqət və qayğıdan danışmışdır.

Tədbirdə rayon Əmək və Silahlı Qüvvələr, Veteranlar Şurasının sədri İman Almuradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Tərtər rayon şöbəsinin rəisi polkovnik-leytenant Niyaz Məmmədov, Qarabağ müharibəsi veteranı Nizami Heydərov çıxış etmişlər. Yığıncağın sonunda Böyük Vətən Müharibəsi iştirakçısına hədiyyələr verilmişdi.

Tədbirin sonunda rayon mədəniyyət evinin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmiş, sonra veteranlarla görüş süfrə arxasında davam etdirilmişdir.
 

Keçidlər