Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev: 17 il əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə idi

04 fevral 2021 | 16:00

Cənab Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib. Müsahibə zamanı Azərbaycan Respublikasının bütün sahələrdəki inkişafından bəhs edən cənab Prezident İlham Əliyev səhiyyənin inkişafına nəzər salaraq qeyd edib ki, son 20 ilə yaxın müddətdə Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana tikilib, əsaslı təmir edilib. Yeni müəssisələrin tərtibatı isə müasir standartlara yüksək səviyyədə cavab verir. İllər əvvəl səhiyyə sisteminin maddi-texniki bazasının yaradılması, müasirləşdirilməsi başlıca vəzifə olaraq qarşımıza qoyuldu və bu gün məqsədlərimizə çatmışıq deyə vurgulayan Prezident növbəti hədəf kimi daha təkmil və müasir tibbi xidmətin həyata keçirilməsi üçün işlər həyata keçirildiyini nəzərə çatdırıb. Müsahibə zamanı Prezident qeyd etdi ki, hakimiyyətə gələn zaman prioritet məsələ neft kapitalını insan kapitalına çevirib ölkəni neft iqtisadiyyatına əsaslanan strukturdan azad etmək idi. Bunu böyük faizlə bacaran nadir ölkələr sırasında Azərbaycanın adını çəkmək olar.

   Çətin zamanlarda qonşu ölkələrlə olan münasibətlərdən bəhs edən Ali Baş Komandan xüsusi vurğuladı ki, Azərbaycan hər zaman münasibətdə oldugu ölkələr üçün örnək təşkil edib. Müstəmləkəçiliyə, işgalçılıga və terrorizmə qarşı hər zaman savaş sərgiləyən ölkəmiz region dövlətlərinə də motivasiya mənbəsidir. Neomüstəmləkəçi sitemə qarşı çıxması da, Azərbaycan Respublikası hakimiyyətinin regionda önəmli fiqur olmasını bütün dünyaya göstərir. Bu yöndən çıxış edən prezident ölkənin həmçinin daxili vəziyyətə də yüksək səviyyədə nəzarət etdiyini vurgulayıb. Qoşulmama Hərəkatına liderlik edən Azərbaycan pandemiyaya qarşı mübarizə məqsədilə 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Prezident İlham Əliyev BMT Baş Assambleyasının xüsusi sessiyasında çıxış edərkən bütün ölkələri əlbir olmaga, pandemiyaya qarşı mübarizədə gücləri birləşdirməyə, zəngin ölkələri məsuliyyətli olmaga çağırıb. Prezidentimizin fikrincə COVİD infeksiyasına qarşı peyvənd bütün ölkələrin xalqlarına çatmalıdır. Bu səbəbdən cənab İlham Əliyev çıxışında güclü iqtisadiyyatı və imkanları olan ölkələrin vaksinləri satın alıb, kasıb ölkələrə verməlidirlər deyə fikir bildirmiş və bu fikir ajiotaja səbəb olmuşdur. Bu çıxış sübut etmişdir ki, Azərbaycan Respublikası hər zaman ədaləti və birliyi tərənnüm edir, beynəlxalq hüququ müdafiə edir.

   Cənab Prezident müsahibəsində onu da bildirdi ki, Pandemiya ilə mübarizədə bir sıra qlobal ədalətsizliklər baş verir. Misal olaraq pandemiya əleyhinə vaksinlərin siffariş statistikalarını göstərmək olar. Qeyd edək ki, həqiqətəndə vaksinlərin yüksək faizi inkişaf etmiş və zəngin ölkələr tərəfindən sifariş olunmuşdur ki, bu da ümumu həcmin 53 faizinə bərabərdir. Belə olan halda büdcəsi zəif olan ölkələr vaksindən məhrum hala gəlib çıxa bilər. Lakin dünya mediasının bu hallara susması da vəziyyəti daha da pisləşdirir deyə cənab Prezident mövzuya maraqlı baxış bucagı sərgiləyib.

   Müsahibənin məğzində əsas yeri tutan erməni vandallıgı və 44 günlük müharibənin nəticələri mövzusunda Prezident ətraflı çıxış edib. Həmçinin məsələyə islamafob dairələrin də daxil olması vəziyyəti getdikcə qəlizləşdirən amillərdəndir. Qarabag və Qarabagətrafı ərazilərin erməni vandalizminə məruz qalmasından danışan Cənab İlham Əliyev bu cür hadisələrin islamafob ölkələr də daxil hər kəsin bilməsinin vacibliyini qeyd etdi. Ali Baş Komandan qeyd edib ki, Ermənistan Azərbaycan torpaqlarını zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Işgaldan azad olunan ərazilərə nəzər saldıqda açıq aydın görürük. Füzuli şəhərində bir dənə də bina qalmıyıb, sadəcə hərbi təyinatlı binalar, qurgular. Cəbrayılda sadəcə bir hərbi hissə var, şəhər isə yoxdur. Qubadlı və Zəngilanın sadəcə olaraq bir neçə yarıdağılmış vəziyyətdə evləri qalıb. Qarabaga səfər zamanı şahid olduqlarından danışan Prezident qeyd edib ki, yol boyunca kəndlərin bütün binaları dağıdılıb, talan edilib. Dünya, bəşər belə bir vəhşilik hələ görməyib. Uzun illər Ermənistan rəhbərliyi və onun havadarları, beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri də erməni vandalizmini gizlətməyə çalışıblar.

Erməni hakimiyyəti elə hesab edib ki, bütün evlər yerlə-yeksan edilərsə, azərbaycanlılar o torpaqlara qayıtmayacaqlar. Həm də erməni faşist ideologiyasının daşıyıcılarının ürəyində azərbaycanlılara qarşı düşmənçilik var və bu onları məhvə aparır. Azərbaycanın şanlı Qələbəsi bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır. Çünki, regionda aktiv anti-terror hərəkatına da başlanğıc verən 44 günlük müharibə, qonşularımızı hər kəsə ərazi, mədəniyyət iddiası edən mənfur xislətli bir dövlətdən xilas edir. “Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik” deyə cənab Prezident vurgulayıb.

İndi isə sıra qazandıgımız zəfərin haqqını verməkdədir. Azad edilmiş torpaqların bərpası ilə bağlı dövlət başçısı tərəfindən bir çox mühüm qərarlar qəbul edilib, qərargah yaradılıb ki, ərazilərlə baglı təkliflər, istəklər, planlar bu qərargahlara yönəlsin, dəyərləndirilsin. Prezident azad olunmuş torpaqlarda görüləcək işlərin ardıcıllığını da açıqlayıb. Bildirib ki, hazırda həmin torpaqlarda minalardan təmizləmə aparılır. Bu, böyük prosesin aparılması məqsədilə ANAMA yenidən qurulur. Minalar təmizləndikdən sonra dəymiş ziyan qiymətləndirilməlidir, əks halda qaldırılacaq təzminat davasında uğur qazanılmayacaq. Beynəlxalq şirkətlər özləri tədqiqat aparacaq və Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər. “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası əsasında bütün şəhərlərin baş planları hazırlanır. Bu işlər görüldükdən sonra infrastruktur layihələri icra ediləcək. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər – xəstəxanalar, məktəblər, mədəniyyət ocaqları, idman qurğuları tikiləcək. Beləliklə, keçmiş köçkünlərin azad olunmuş torpaqlara qayıtması təmin ediləcək.

Müsahibənin ümumi gedişindən arxayın olmaq olar ki, bütün fərziyələrə rəğmən tam nəzarət dövlətin bilavasitə Prezident cənab İlham Əliyevin əlindədir. Həm işgaldan azad olmuş torpaqların, həm də bütün ölkənin sağlam gələcəyə inamı vardır.

Keçidlər