Tərtərdə 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib
Tərtər rayonunda xüsusi karantin rejiminin qaydalarına əməl olunmaqla 2 fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
YAP Tərtər Rayon Təşkilatında davam edən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Gənclər Günü münasibəti ilə gəncləri təbirik edib, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb. Azərbaycan gəncliyinin istər pandemiya şərtləri çərçivəsində, istərsə də Vətən müharibəsi zamanı fəaliyyətini yüksək qiymətləndirib. Vətən Müharibəsindən də danışan rayon rəhbəri bildirilib ki, 44 gün davam edən döyüşlər və qazanılan qələbə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yenilməz qətiyyətini, ordumuzun qüdrətini və xalqımızın milli birliyini bütün dünyaya bir daha nümayiş etdirdi.
Sonda pandemiya qaydalarına uyğun olaraq rayonun ictimai siyasi həyatında fərqlənən bir neçə gənc Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif edilib.
Gənclər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.