Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon Ağsaqqallar şurasının rayonun gəncləri ilə birbirlikdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yığıncağı keçirilmişdir

07 may 2014 | 15:00

Tərtər rayon Ağsaqqallar şurasının rayonun gəncləri ilə birbirlikdə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş yığıncağı keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar.

Sonra tədbir rayon icra hakimiyyətinin akt zalında davam etdirilmişdir.

Tədbiri giriş sözü ilə rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev açaraq Ulu Öndərin həyat və fəaliyyəti haqqında geniş və hərtərəfli məruzə etmişdir. Sonra rayon ağsaqqallarından ağsaqqallar şurasının idarə heyyətinin üçvü Rauf Həsənzadə, Qaynaq kənd sakini Süleyman Quluyev, Xoruzlu kənd sakini Ərşad Xasıyev gənclərə Ümummilli liderlə bağlı xatirələrini danışdılar. Sonra gənclər adından Qaraağacı kənd tam orta məktəbin müəllimi Rəşad Qarayev çıxış etdi. Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin birinci müavini öz ürək sözlərini bildirmişdir.

Keçidlər