Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayon İcra Hakimiyyətinin başçısının tərtərlilərə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təbriki

30 dekabr 2020 | 16:00

Əziz tərtərlilər!

Qələbə və Zəfər ili kimi yadda qalan 2020-ci il də tarixə qovuşur. Bu il bütün Azərbaycan xalqı üçün uğurlu və düşərli oldu.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Müzəffər Ordusu xalqımızın 30 illik Qarabağ həsrətinə son qoydu, düşmən üzərində qələbə qazanıldı, torpaqlarımız erməni işğalından azad edildi, üçrəngli bayrağımız əvvəlki kimi Qarabağ torpaqlarında dalğalandı.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə 8 noyabr Zəfər günü təsis edildi. Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibəti ilə 10 dekabr 2020-ci il tarixdə Bakıda Zəfər hərbi paradı keçirildi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən, silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumlarından müdafiə sistemlərinin, eləcə də, hərbi gəmi və karterlərin, o cümlədən, düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi nümayiş etdirildi. Xalqımızın Zəfər paradında coşqu və həyəcanı unudulmaz və yaddaqalan oldu.

Ərazi bütövlüyümüz uğrunda şəhidlərimiz də oldu, qazilərimiz də. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı diləyirik. Onlar bizim qürur yerimiz, fəxrimizdir!

44 günlük vətən müharibəsində Tərtərə 16277 mərmi, 21 raket düşdü. 4427 fərdi yaşayış evinə ziyan dəydi, sosial obyektlər dağıldı. 40 hərbi, 17 mülki şəhidimiz, 200-ə yaxın qazimiz, 3 nəfər itkin düşənimiz oldu. Ancaq qəhrəman tərtərlilər torpaqlarını tərk etmədilər. Tərtər alınmaz qalaya çevrildi. Dövlət rəsmilərinin qeyd etdiyi kimi Tərtər erməni nasizminə qarşı Azərbaycanın Stalinqradı oldu. 

Əziz tərtərlilər!

Sizi və Sizin şəxsinizdə bütün Azəbaycan xalqını düşmən üzərində qazanılan Qələbə, Dünya Azərbaycanlılarının həmrəylik günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, can sağlığı, firavan həyat arzulayıram.

İnanıram ki, qarşıdan gələn illər də ölkəmiz üçün uğurlu olacaq. Müstəqil Azərbaycanımızın işğaldan azad edilmiş torpaqları, erməni vandalizminə məruz qalmış şəhər və kəndləri Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə bərpa ediləcək. Azərbaycan xalqı Vətən müharibəsində olduğu kimi, bərpa illərində də birlik nümayiş etdirəcək.

Suqovuşan su anbarının düşməndən azad edilməsi ilə Tərtər çayına suyun buraxılması nəticəsində Tərtər, Goranboy, Bərdə və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Bu isə o, deməkdir ki, ermənilərin terroru səbəbindən 30 il susuz qalan torpaqlara yeni həyat verilib.  Kənd təsərrüfatı torpaqlarının su təminatı ölkə əhalisinin daxili istehsal hesabına ərzaq məhsulları ilə etibarlı təminatına, çayların su ehtiyatlarının nizamlanması hesabına torpaqlardan daha səmərəli istifadə edilməsinə imkanlar yaradacaq, kənd təsərrüfatının inkişafı təmin ediləcək, subartezian quyularına tələbatın azalması elektrik sərfiyyatına qənaət edəcək.

Kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişafında tərtərlilərin qabaqcıl iş təcrübəsi var. Bu il məhsul toplanışı Vətən müharibəsi dövrünə düşdüyü üçün rayonumuzun pambıqçıları məhsul toplanışına gec başlasalar da, əkdikləri 2981 hektar sahədən 11 min 562.09 ton “ağ qızıl” götürdülər. Hər hektardan 38,7 sentner məhsul əldə edərək, məhsuldarlığa görə respublikada ikinci oldular. Hazırda pambıq yığımı davam edir.

Biz tərtərlilər yenə də  kənd təsərrüfatının inkişafına öz layiqli töhfələrimizi verəcəyik. Yeni ildə birlikdə yeni uğurlara imza atacağıq. 

Biz birlikdə güclüyük!

Qarabağ Azərbaycandır!

Bayramınız mübarək! 

Keçidlər