Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid ailələri və qazilərlə görüşdü

30 dekabr 2020 | 16:00

44 günlük Vətən müharibəsində Tərtər rayonuna 16277 mərmi, 21 raket düşüb. Rayon 40 hərbi, 17 mülki şəhid verib.  200-ə yaxın həmyerlimiz qazi olub, 3 nəfər isə itkin düşüb.

Tərtərə düşən mərmilər nəticəsində minlərlə fərdi yaşayış evləri dağılıb, ictimai binalara, sosial obyektlərə ziyan dəyib.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elçin Qasımov və Tərtər rayon İctimai Nəzarət Koalisiyasının rəhbəri Nəcmiyyə Zeynalzadə ilə birlikdə  Vətən Müharibəsində iştirak etmiş 128 şəhid və qazi ailəsində olub, onların qayğıları ilə maraqlanıb, problemlərinin yerində həll olunmasına köməklik göstərib, şəhid və qazi ailələrinə bayram sovqatları veriblər.

Keçidlər