Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə Tərtər rayonunda idman yarışları keçirilmişdir

04 may 2014 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü münasibəti ilə Tərtər rayonunda bir sıra silsilə tədbirlər təşkil olunub həyata keçirilmişdir. Bu tədbirlərin davamı olaraq 03.05.2014-cü il tarixdə rayon icra hakimiyyətinin və YAP rayon təşkilatının təşkilatçılığı ilə “Gənclər Mərkəzində” rayonun ümumtəhsil məktəblərinin komandaları arasında mini futbol, valeybol, şahmat yarışlarının final mərhələri keçirilmişdir.

Mini futbol idman növü üzrə şəhər 1 saylı tam orta məktəbin komandası 1-ci yer, şəhər 5 saylı tam orta məktəbin komandası 2-ci yer, şəhər 6 saylı tam orta məktəbin komandası isə 3-cü yeri tutmuşdur.

Valeybol idman növü üzrə 1-ci yeri Hüsənli kənd tam orta məktəbin komandası,  2-ci yeri Seydimli kənd tam orta məktəbin komandası, 3-cü yeri Xoruzlu kənd tam orta məktəbin komandası qzanmışdır.

10, 12, 14, 16 yaşlı şahmatçılar arasında keçirilən şahmat idman növü üzrə rayon birinciliyində Qurbanzadə Cavidan İlkin oğlu, Cabbarzadə Aytən Müslüm qızı, Məmiyev Orxan Vasif oğlu, Hüseynov Tural İbrahim oğlu 1-ci yerə layiq görülmüşlər.

Hər üç idman növü üzrə keçirilən yarışların qalibləri rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, Gənclər və İdman idarəsinin kubok və diplomları ilə mükafatlandırılmışlar.

Keçidlər