Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda «Kitab bayramı» sərgisi keçirilmişdir

03 may 2014 | 15:00

Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar olaraq «Kitab bayramı» sərgisi keçirilmişdir. Sərginin açılışı Ulu Öndər Heydər Əliyevin abvidəsinin önünə gülqoyma mərasimi ilə başladı.

Mədəniyyət və turizim şöbəsinin müdiri Gündüz Mürsəlov iştirakçıları salamlayaraq tədbiri açdı. Sonra rayon icra hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Ramiz Şabanov çıxış etdi. O, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışdı.

Sərgidə 500-dən yuxarı kitab və elektron çarxlar nümayiş etdirildi. Burada “Dünya ədəbiyyatı”, Klassiklərimiz”, “Qan yaddaşımız”, “Uşaq enisklopediyası” bölmələrində toplanmış kitablar vardı.

“Kitab bayramı”nda rayon mədəniyyət və turizm şöbəsinin “Xalq” kollektivi maraqlı konsert proqramı ilə, şagirdlər isə müxtəlif səhnəciklərlə şıxış etdilər
 

Keçidlər