Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində niğah mərasimi keçirilmişdir

27 aprel 2014 | 15:00


    Aprelin 26-da  Heydər Əliyev Mərkəzində rayonun Bildirçinli kənd sakinləri Rüstəmov Tural Zahid oğlu ilə Hətəmova Əqidə İnqilab qızının, Hacıqərvənd kənd sakinləri Haqverdiyev Taryel Adil oğlu ilə Axundova İlahə İlham qızının, Cəmilli kənd sakinləri Rəhimov Ramil Famil oğlu ilə Məmmədova Gülmirə Kamal qızının nikah mərasimi keçirilmişdir.

Bununla da evlənən cütlüklərin Heydər Əliyev Mərkəzində nikah mərasiminin keçirilməsi ənənəsinin bünövrəsi qoyulmuşdur.

Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Daha sonra Mərkəzdə yeni ailə quranların qohumlarının və rayon icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə nikah aktının imzalanması mərasimi olmuşdur.

Yeni ailə quran gənclər nikah mərasiminin müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin adını daşıyan Mərkəzdə keçirilməsini həyatlarının ən xoş anları kimi xatırlayacaqlarını bildirmişlər.

Keçidlər