Şriftin ölçüsü :

Saytın rəngi :

14 iyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

14 iyul 2026 | 11:38

14 iyul – Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ildönümü münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Tərtər Rayon Təşkilatının inzibati binasında tədbir keçirilmişdir.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev tədbiri giriş sözü ilə  açaraq bildirmişdir ki, 1969-cu il 14 iyul tarixi Azərbaycanın müasir inkişaf yolunun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbər seçilməsi ilə ölkənin bütün sahələrində genişmiqyaslı islahatlara başlanılmış, iqtisadiyyatın, elm, təhsil, mədəniyyət və sənayenin inkişafı üçün möhkəm təməl yaradılmışdır. Qeyd olunmuşdur ki, məhz həmin dövrdə formalaşdırılan inkişaf strategiyası sonrakı illərdə Azərbaycanın müstəqilliyinin möhkəmlənməsində mühüm rol oynamışdır.

Sonra çıxış edən  YAP rayon təşkilatının sədr müavini Azər Ağayev ,Tərtər Aqrara İnkişaf Mərkəzinin  sektor müdiri Tural Həsənov,rayon mərkəzi xəstəxananın həkimi Lütfiyyə Bağırova və Heydər Əliyev Mərkəzinin bələdçisi Əzizə Kərimova Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edərək qeyd etmişlər ki, xalqımızın taleyində əvəzsiz xidmətləri olan dahi şəxsiyyətin müəyyən etdiyi inkişaf yolu bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilmişdir ki, ölkəmizdə əldə olunan mühüm nailiyyətlər, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması Ulu Öndərin siyasi kursunun uğurlu davamının bariz nümunəsidir.

Çıxışlarda vurğulanmışdır ki, Ümummilli Lider Heydər Əliyevin xalqımıza bəxş etdiyi dövlətçilik ideyaları, milli həmrəylik prinsipləri və uzaqgörən siyasəti hər zaman Azərbaycan dövlətinin inkişafına xidmət edəcək, gələcək nəsillər üçün etibarlı yol göstəricisi olaraq qalacaqdır.

Sonda tədbir iştirakçıları Ulu Öndərin zəngin siyasi irsinin öyrənilməsi və təbliğinin hər bir vətəndaşın müqəddəs borcu olduğunu qeyd etmişlər.

                                                

Keçidlər