Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə karantin rejimi tələblərinin yerində yoxlanılması məqsədi ilə mütamadi olaraq reydlər keçirilir

10 avqust 2020 | 16:00

Azərbaycan Respublikası Nazilər Kabineti Yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı  tapşırıqlarına müvafiq olaraq Tərtər rayonunda  aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət yaradılmış 59 mobil qrup tərəfindən mütamadi olaraq monitorinqlər aparılır. Vətəndaşlara,  ictimai iaşə obyektində çalışan şəxslərə xəstəliyin yayılmasının qarşısının alınması üçün tibbi maskalardan istifadə etmələri, sosial məsafənin qorunması və şəxsi gigiyena qaydalarına düzgün riayət etmələri tövsiyə olunur və karantin qaydalarına əməl etməyənlər barədə ciddi tədbirlər görüləcəyi nəzərə çatdırılır.

09 avqust 2020-ci il tarixdə Tərtər Rayon İcra Hakimiyyətinin və Tərtər Rayon  Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşları birlikdə keçirdikləri növbəti reyd zamanı Tərtər–Qapanlı marşurutu üzrə işləyən 59-AC-041 dövlət nömrə nişanlı avtobusun sürücüsü Paşayev Alyoşa Hüseyn oğlu, Tərtər-Qazyan marşurutu üzrə işləyən 59-BB-920 dövlət nömrə nişanlı avtobusun sürücüsü Alışov Müzəffər Qənbər oğlu, öz şəxsi avtomobilləri ilə sərnişindaşıma xidməti göstərən 07-BE-477 dövlət nömrə nişanlı avtomobilin sürücüsü Cəlilov Rüfət Sərxan oğlu və 99-SU-265 dövlət nömrə nişanlı avtomobilin sürücüsü İsmayılov Çingiz Kərim oğlu karantin qaydalarını pozduqları üçün İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə hər biri 200 manat məbləğində cərimə olunmuşdur.

Qeyd edək ki bundan əlavə Tərtər rayonu ərazisində mütamadi olaraq müxtəlif xidmətlərlə bağlı vətəndaşların daha çox müraciət etdiyi dövlət orqanlarının inzibati binaları, “Azərpoçt” MMC-nin Tərtər Rayon Şöbəsinin, Kapital və Beynəlxalq bankın rayon filiallarının, bir sıra xidmət təşkilatlarının inzibati binaları, rayon ərazisində olan apteklər, marketlər, bərbərxanalar, gözəllik salonları, bankomatlar, ödəniş terminalları və rayonun bütün yaşayış məntəqələri mütəmadi olaraq dezinfeksiya olunur.

Koronavirusla mübarizənin səmərəliliyinin artırılması, sadə gigiyena qaydalarına riayət etməklə koronavirusdan qorunma yolları və doğru davranış qaydalarından bəhs edən məlumatlandırıcı təlimatları özündə əks etdirən posterlər əhalinin görə biləcəyi məkanlarda: yaşayış binalarının girişində, liftlərdə, ticarət, ictimai-iaşə obyektlərinin giriş qapılarında, idarə müəssisə və təşkilatların dəhlizlərində və digər görünən yerlərdə yerləşdirilir.

Azərbaycan Respublikası Nazırlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərar və sərəncamlarına uyğun olaraq koronovirus pandemiyasına qarşı mübarizə tədbirlərinin tətbiq olunmasına nəzarəti gücləndirmək məqsədilə rayon ərazisində reydlər davam etdirilir.

Keçidlər