Tərtərdə “Həyatla oyun” tamaşası nümayiş etdirildi
23 aprel 2014-cü il tarixdə şəhər 1 saylı tam orta məktəbin akt zalında Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının təşəbbüsü və təşkilatçılığı ilə Bakı Uşaq Teatırının tamaşası olmuşdur.
“Həyatla oyun” adlı tamaşanın əsas sujet xəttini narkomaniyanın insan həyatında törətdiyi fəsadlar, onun sağlamlığa vurduğu zərərlər, “narkomaniyaya yox deyilməsə həyata son veriləcəkdir” fikirləri təşkil etmişdir.
Teatırın direktoru İntiqam Soltanov tamaşaçılardan razı qaldığını bildirmişdir.
Məktəbin direktoru Nəcibə Muradova uşaqların tamaşanı maraqla izlədiyini, narkomaniyanın necə bir dəhşətli bəla olduğunu başa düşdüklərini vurğulamışdır.
Rayon icta hakimiyyətinin başçısının müavini Elvin Umudov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinə, Bakı Uşaq Teatırının direktoru İntiqam Soltanova öz minnətdarlığını bildirmiş, gəngləri “narkomaniyaya yox” deməyə səsləmişdir.