Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədovun mətbuat işçilərinə təbriki
Əziz mətbuat işçiləri!
Sizi 22 iyul Azərbaycan Milli mətbuatının 145 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, iti qələm, kəsərli söz arzulayıram.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncam ilə Azərbaycan Milli Mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması, KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında ölkə rəhbərinin verdiyi sərəncamlar mətbuata və mətbuat işçilərinə göstərilən qayğının bariz nümunəsidir.
Azərbaycan Konstitusiyasında söz və mətbuat azadlığının əksini tapması ölkədə medianın azad, güclü bir cəmiyyət kimi formalaşmasına təkan verir. Bütün bu proseslərin iştirakçıları isə Azərbaycan jurnalistləridir.
Bir daha Sizi Azərbaycan Milli Mətbuatının 145 illik yubileyi münasibəti ilə ürəkdən təbrik edir, təməli Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulmuş Milli mətbuatımızın inkişafı və tərəqqisi yolunda uğurlar diləyirəm.