Səhiyyə naziri Tərtərdə vətəndaşları qəbul etmişdir
18 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev Tərtər Mərkəzi Rayon Xəstəxanasında vətəndaşları qəbul etmişdir.
Qəbulda Tərtər, Ağdam, Bərdə, Yevlax rayonları və Mingəçevir şəhəri sakinlərinin şikayətlərinə baxılmışdır. Ümumilikdə 31 nəfərin sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilmişdir.
Respublikamızın tibb üzrə aparıcı elmi tədqiqat institutlarının və xəstəxanalarının rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşların müraciətində qaldırılan məsələlərin bir çoxu yerindəcə həllini tapmışdır.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti üzrə çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülmüşdür.