Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda “Şahin” hərbi-idman oyunu üzrə yarışların Qarabağ zonası üzrə birinciliyi keçirilib

18 aprel 2014 | 15:00

17.04.2014-cü il tarixdə Tərtər rayonunda “Şahin” hərbi-idman oyunu üzrə yarışların Qarabağ zonası üzrə birinciliyi  keçirilib. Yarışmaya Ağdam, Ucar, Yevlax, Goranboy, Gədəbəy, Naftalan, Bərdə, Xocalı və Ağcəbədi rayonlarını  təmsil edən X-XI sinif şagirdlərinədən təşkil edilən komandalar  qatılıb. Komandalar tərkibi 13 oğlan və 4 qız olmaqla 17 nəfərlik heyətlə yarışmada mübarizə aparıb. Zona birinciliyində müvafiq olaraq I, II, III yeri Bərdə, Ağdam, Goranboy rayonlarının komandaları qazanıb.

Tədbirdə  Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun baş məsləhətçisi Məmmədov Ramil Nadir oğlu iştirak edib.
 

Keçidlər