İcra başçısı polisləri təbrik etdi
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov “2 iyul-Azərbaycan polisi günü” münasibəti ilə polis işçilərini təbrik edib.
Təbrikdə deyilir:
“2 iyul Azərbaycan Polisinin yaranmasının 102-ci ildönümüdür. Azərbaycan polisi bir əsr şərəfli tarixi yol keçmişdir. Xüsusən, Ulu Öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili gücləndirilmiş peşakar kadr özəyi yaradılmışdır. Ulu Öndər həmişə polis əməkdaşlarının əməyinə yüksək qiymət vermişdir. Məhz Ümummilli liderin 1998-ci il 24 may tarixli fərmanı ilə iyulun 2-si Azərbaycan Polisi günü kimi qeyd olunur.
Bu gün Ulu Öndərin siyasi kursunun layiqli davamçısı olan respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında həyata keçirən islahatlar, struktur dəyişiklikləri, maddi texniki bazanın möhkəmləndirilməsi, iş şəraitinin yaxşılaşdırılması polis işçilərinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlıqla mübarizədə müstəsna xidmətləri olan Daxili İşlər Nazirliyi orqanları bu gün nüfuzlu dövlət təsisatına çevrilib.
Həmişə olduğu kimi, bu gün bütün dünyanı ağuşuna almış COVİD-19 pandemiyası ilə mübarizə dönəmində də Azərbaycan polisi üzərinə düşən öhdəlikləri yüksək səviyyədə yerinə yetirir. Polis bu gün də pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşlarımızın sağlamlığının qorunması üçün fasiləsiz xidmət edir.
Azərbaycan polisinin bu xidmətləri Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilir. Peşə bayramı ərəfəsində dövlətimizin başçısının sərəncamı ilə şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və xidmətdə fərqlənən bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsi hər bir polis əməkdaşının gərgin əməyinə verilən ali qiymətin təzahürüdür.
Hər birinizi peşə bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, sizə şərəfli işinizdə məsuliyyət, dözüm və səbir arzulayıram”.
2 iyul-Azərbaycan Polisi günü münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən Tərtər Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkilii, polis polkovnik leytenantı Tağıyev Rahib İsa oğlu, Post-patrul xidməti bölüyünün tağım komandiri, polis leytenantı Abbasov Elvin Vüqar oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri, baş serantı Əhmədov Teyyub Aslan oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Kərimov Yusif Sabir oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Fərzəliyev Rəşad Vidadi oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri, polis serjantı Süleymanov Hüseyin Mobil oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Məmişov Zaur Rəşid oğlu, İctimai Təhlükəsizlik Bölməsinin sahə polis nəfəri, polis serjantı Mehdili Natiq Şahmar oğlu, Post-patrul xidməti bölüyünün polis nəfəri, polis baş serjantı Məmmədli Fərid Nadir oğlu, Bərdə Regional Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı Bağırov Bəxtiyar Bakir oğlu, Bərdə Regional Mühafizə Bölməsinin polis nəfəri, polis serjantı Tanrıverdiyev Elçin Elbrus oğlu, Bərdə Regional Mühafizə Bölməsinin polis- nəfəri, polis serjantı Mikayılzadə Elçin Müşviq oğlu fəxri fərmanla təltif olunub.