Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərli gənclər hərbi xidmətə yola düşmüşlər

09 aprel 2014 | 15:00

Çağrışçı gənclərin təntənəli surətdə hərbi xidmətə yola salınması cəbhə bölgəsi olan Tərtərdə artıq ənənə halını alıbdır.

Bu günlərdə də respublika prezidentinin müvafiq Sərəncamına uyğun olaraq hərbi xidmətə çağırış yaşı çatan bir qrup gənc ordu sıralarına yola salınıb. Təntənəli mərasim Bayraq Meydanında təşkil olunmuşdur.

Gəncləri yola salmağa gələn valdeyinlər və onların doğmaları da tədbirə qatılmlşlar. Əvvəlcə tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsinin rəisi Niyaz Məmmədov açaraq gəncləri təbrik etmiş, onlara hərbi nizamnamə haqqında məlumat vermişdir.

Sonra rayon icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov çağırışçı gəncləri təbrik etmiş, onlara ordu sıralarında şərəfli xidmət arzulamışdır. Rayon rəhbəri Azərbaycanın Umummilli lideri Heydər Əliyev tərəfindən Milli Ordunun əsasının qoyulduğundan, ayrı-ayrı hərbi hissələrin, qoşun növlərinin formalaşdırılmasından, orduda fərariliklə bağlı problemlərin həll olunduğundan ətraflı danışmışdır. O, qeyd etmişdir ki, əsası Azərbaycanın Umummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu bu gün onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti möhtərəm İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz buna görə də hər il hərbi xərclər üçün dövlət büdcəsindən ayrılan vəsaitlər artırılır.

Sonra rayon rəhbəri rayonumuzun ön cəbhədə yerləşdiyini, tərtərlilərin Qarabağ döyüşlərindəki sücaətəni ön plana çəkmiş, Tərtərin Milli Qəhramanları Vəzir Orucovdan, Elman Hüseynovdan, Azərbaycan Bayrağı ordenli Ədalət Paşayevin igidliklərindən danışmış, onların tərtərli gənclərə bir örnək olduğunu bildirmiş, vaxtıilə Tərtərdə yerləşən hərbi hissədə qulluq etmiş Azərbaycanın Milli Qəhramanı Mübariz İbrahimovun və onu döyüş dostu Fərid Məmmədovun adını çəkmişdir.

Sonda rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov bir daha gəncləri təbrik etmiş, onların hər birinin arxasında Azərbaycan adlı məmləkətin durduğunu vurğulamışdır.

Tədbirdə iştirak edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon  şöbəsinin sədri Suliddin Yusifov, Qarabağ müharibəsi veteranı Nizami Heydərov, Əmək və Böyük Vətən Müharibəsi veteranları şurasının sədri İman Almuradov, valdeyinlər adından Razim Əliyev öz ürək sözlərini bildirmişlər.

Sonda rayon mədəniyyət evinin özfəaliyyət kollektivi maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Azərbaycan Bayrağını öpən gəncləri Cümə Məscidinin axundu müqəddəs Quran altından keçirtmişdir.

Çağrışçılar yüksək əhval-ruhiyə ilə hərbi xidmətə yola düşmüşlər.
 

Keçidlər