Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər rayonunda Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi videomüşavirə ilə bağlı videokonfrans keçirildi

02 iyul 2020 | 16:00

İyulun 1-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabineti yanında Operativ Qərargahın sərtləşdirilmiş karantin tətbiq edilməyən bölgələrdəki vəziyyətlə bağlı Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən geniş tərkibli videomüşavirə ilə bağlı Tərtər Rayon İcra Hakimiyyətinin başçısı videokonfrans keçirib.

Videokonfransda rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahverdiyev, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı bildirib ki, videomüşavirədə  Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Daxili İşlər naziri Vilayət Eyvazov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev, Baş Prokuror Kamran Əliyev və 77 şəhər və rayonların İcra hakimiyyəti başçıları, prokurorları, daxili işlər və dövlət təhlükəsizliyi şöbələrinin rəisləri iştirak ediblər.

Müşavirə zamanı sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilməyən bölgələrdəki epidemioloji vəziyyət müzakirə olunub, karantin qaydalarının icra vəziyyəti qiymətləndirilib. Əhali tərəfindən sanitariya-epidemioloji qaydalara riayət edilməsi üçün nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilib.

Baş Nazir karantin rejiminin yumşaldılması nəticəsində bir sıra şəhər və rayonlarda pozuntuların artmasının müşahidə olunduğunu qeyd edib, rayonlardakı vəziyyətlə bağlı dəqiq statistikanın aparılmasının, yoluxmanın daha çox qeydə alındığı yerlərə nəzarətin, dezinfeksiya və koronavirus xəstələri üçün ayrılmış xəstəxanalarda utilizasiya işlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Baş Nazir rayon və şəhər rəhbərləri qarşısında tapşırıqların vaxtında və qüsursuz icra olunması tələbini qoymuşdur.

İcra başçısı Baş Nazirin sədrliyi ilə keçirilən videomüşavirə barədə məlumat verdikdən sonra koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın, Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də danışıb.

Qeyd olunub ki, rayon icra hakimiyyəti başçısı Azərbaycan Respublikasının Baş Nazirinin “Koronovirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsi barədə 16 mart 2020-ci il tarixli məktubunun icrası ilə bağlı 19 mart 2020-ci il tarixli 48 saylı sərəncamı ilə qərargah yaradılmış, Azərbaycan Respublikası Prezident Administrasiyasının 30 mart 2020-ci il tarixli məktubunun icrasını təmin etmək məqsədilə  “Rayonun yaşayış məntəqələrinin ərazilərində xüsusi karantin rejmi dövrü bitənədək koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 30 mart 2020-ci il tarixdə 15 nömrəli əmr imzalamış, həmin tarixdə 50 nömrəli sərəncam ilə Koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması üçün komissiya yaradılmışdır.

Videokonfransda yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə bağlı tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, sakinlərin şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunması, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri, yas, ad günü və sair adı altında keçirilən mərasimlərdə iştirak etməmələri, ev şəraitində karantində olan insanları ziyarət etməmələri, kənd təsərrüfatı işlərinə cəlv olunan insanların siyahısı dəqiqləşdirilməli, kənd təsərrüfatı işləri adı altında vətəndaşların qeyri-qanuni olaraq bir yerdən başqa yerə getməmələri,  Operativ Qərargahın qərarından irəli gələn tələblərə riayyət etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalı, sosial məsafə gözlənilməli, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.

Rayon rəhbəri bildirib ki, koronovirus pandemiyasına qarşı mübarizədə mobil qruplar fəaliyyətlərini gücləndirməlidirlər. Hazırda hər birində 5 nəfər olmaqla Tərtər şəhəri ərazisində 6, kəndlərdə isə 30 mobil qrup fəaliyyət göstərir. Mobil qrupun üzvləri və könüllülər tərəfindən bu günə dək 183 ədəd koronovirus infeksiyasının idarə olunmasına dair metodiki təlimat, 22 min ədəd maskadan istifadə qaydaları sakinlərə paylanılmış, 10973 ədəd poster əhalinin kütləvi toplaşdığı yerlərdə, o cümlədən yaşayış binalarının bloklarına, ticarət, ictimai-iaşə xidmətləri göstərən obyektlərin giriş qapılarına yerləşdirilmişdir.

Videokonfransda  rayon prokuroru Şıxəli Alməmmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Tərtər Rayon Şöbəsinin əməkdaşı İsmayıl Şahverdiyev çıxış edərək koronovirus pandemiyasına qarşı mübarizədə Operativ Qərərgahın qərar və tapşırıqlarına, tövsiyələrinə düzgün əməl etməyi, karantin qaydalarına riayət etməyənlər barədə ciddi inzibati cəza tədbirləri görüləcəyini bildirmiş, hər bir vətəndaşa özünün və əhatəsində olan insanların sağlam qalmaları üçün gogenik qaydalara əməl etmələrini tövsiyyə etmişlər.
 

Keçidlər