Tərtərdə növbəti videokonfrans keçirildi
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə növbəti videokonfrans keçirib.
Videokonfransda icra başçısı respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Covid-19-a qarşı həsr olunmuş xüsusi sessiyasının keçiriləcəyini, dünyanın 130-dan çox dövlətinin cənab İlham Əliyevin bu təşəbbüsünü dəstəklədiyini bildirmişdir. Bunun beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın göstəricisi olduğunu vurğulamışdır.
Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi. Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır.
Bildirmişdir ki, Azərbaycan Respublikası COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırmış, 30-dan artıq dövlətə humanitar yardım vermişdir.
Sonra rayon rəhbəri koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gördüyü qabaqlayıcı tədbirlərdən, koronavirusa yoluxmanın qarşısının alınması istiqamətində rayonumuzda Azərbaycan Respublikası Nazirlər Kabinetini yanında Operativ Qərargahın qərarlarının, tapşırıq və tövsiyyələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən də danışıb.
Qeyd olunub ki, respublika Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın gördüyü tədbirlər nəticəsində mübarizənin ilk dövrlərində xəstəliyə yoluxma halları minimuma enmiş, sağalanların sayı yoluxanların sayını üstələmişdir. Lakin xüsusi karantin rejiminin yumşaldılması ölkəmizdə koronavirusa yoluxanların sayını artırdı. Bunun isə başlıca səbəbi vətəndaş məsuliyyətsizliyidir.
Ona görə də yaşayış məntəqələrində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin davam etdirilməsi, xüsusi rejimlə bağlı tələblərin, o cümlədən sanitar-epidemioloji tədbirlərin icrasına nəzarəti, karantin rejimi dövründə maddi yardıma ehtiyacı olan ailələrə, xüsusilə də yaşı 65-dən yuxarı şəxslərə dəstək göstərilməsi, sakinlərin şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində, fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində, açıq sahəli ofislərdə və istehsalat yerlərində, tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə, insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə etmələri və yas mərasimlərinində iştirak etməmələri, Operativ Qərargahın qərarından irəli gələn tələblərə riayyət etmələri və sair barədə tapşırıqlar verilib. Bildirilib ki, karantin rejimi yumşaldılsa da, profilaktik tədbirlər davam etdirilməli, gündəlik gigiyenik qaydalara əməl olunmalı, sosial məsafə gözlənilməli, əhali arasında maarifləndirmə tədbirləri aparılmalıdır.
Konfransda icra başçısı vətəndaşların müraciətlərinə operativ sürətdə baxılması ilə bağlı da tapşırıqlar vermiş, həmçinin sakinlərlə düzgün iş qurmaq, onların qayğıları və tələbləri ilə ciddi maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etmək və aztəminatlı ailələrə ərzaq yardımlarının verilməsində obyektivliyin gözlənilməsi, metodiki tövsiyələrin paylanması kimi məsələlərə də toxunulub. Qeyd olunub ki, hər bir vətəndaş özünün və yaxınlarının sağlam qalması üçün üzərinə düşən məsuliyyəti dərk etməlidir. 03.06.2020-ci il tarixdə dövlət başçısının Tərtər rayonunda Dövlət Rəmzləri Muzeyinin, Olimpiya İdman Kompleksinin, “Tərtər” elektrik yarımstansiyasının, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tərtər filialının açılışında iştirak edərkən maskadan istifadə etməsi hər bir Azərbaycan vətəndaşına nümunə olmalıdır. Hər kəs Operativ Qərargahın tələb və tövsiyələrinə əməl etməlidir.
Sonra rayonda kənd təsərrüfatı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən də söhbət açılıb. Kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən pambığın becərilməsi, barama qəbulu, taxıl biçini ilə bağlı məlumatlar dinlənilib, suvarma məsələləri, texnika ilə təminatı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, biçin zamanı havaların isti keçməsi ilə əlaqədar yanğın təhlükəsinin qarşısını almaq üçün yanğın təhlükəsi olan yerlərdən keçən yüksək gərginlikli elektrik veriliş xətlərinə baxış keçirilmiş, qəzalı vəziyyətdə olan naqillər yeniləri ilə əvəz olunmuşdur. Biçilmiş taxıl zəmilərinin, o cümlədən, həmin sahələrin yüksək gərginlikli hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yerləşən hissələri şumlanmış, meşə fondu ərazilərinə məişət və sənaye tullantılarının atılmaması barədə karantin qaydalarına əməl etməklə əhali arasında, o cümlədən, fermerlər və torpaq mülkiyyətçiləri ilə geniş izahat işləri aparılmışdır.
Bununla yanaşı, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsi, xüsusən biçilmiş və biçilməmiş taxıl sahələrinin, meşə fondu ərazilərinin və otlaqların yandırılmasının yolverilməz olduğu, təhlükəsizlik tələblərini pozan şəxlər barədə qanunvericiliklə müəyyən edilmiş tədbirlərin görüləcəyi barədə əhali arasında mütəmadi proflaktik söhbətlər aparılmışdır. Rayon ərazisində yanğın təhlükəsinin qarşısının alınması üçün tədbirlər görülmüşdür.
Rayon rəhbəri həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə, bələdiyyə sədrlərinə və digər aidiyyəti məsul şəxslərə tapşırıqlar verilib