Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar Tərtər rayon İcra hakimiyyəti yanında Şurada rayonda tibbi müayinənin gedişi müzakirə edilmişdir.

06 aprel 2014 | 15:00

5 aprel 2014-cü il tarixdə rayon icra hakimiyyətində Tərtər rayon İcra Hakimiyyətinin Şura iclası keçirilmişdir. İclasda RİHB yanında şura üzvləri, hüquq mühafizə orqanları, rayonun təhsil, səhiyyə, mədəniyyət işçiləri, kənd İƏD üzrə nümayəndələr, bələdiyyə üzvləri və ictimayyətin nümayəndələri iştirak etmişlər.

Şura iclasında fevral ayının 17-dən aprel ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir.

Əvvəlcə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov giriş sözü ilə çıxış edərək respublika Prezidentinin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan, əsası ümummilli liderimiz tərəfindən qoyulan bu sahədəki islahatlardan, rayonumuzda səhiyyəyə göstərilən diqqət və qayğıdan danışmış, bu diqqət və qayğı üçün respublika Prezidenti cənab İlham Əliyeva tərtərlilər adından öz minnətdarlığını bildirmişdir.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov bu il fevral ayının 17-dən aprel ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinin gedişi barədə danışmışdır. O qeyd etmişdir ki, əhalinin sağlamlığının qorunması, əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərilməsi Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları, tibb sahəsində yüksək ixtisaslı kadrların hazırlanması və əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsi Azərbaycan səhiyyəsinin inkişafının bu gün də ən yüksək səviyyədə inkişaf etdiyini göstərir.

   Ölkə rəhbəri tərəfindən səhiyəyə göstərilən diqqət və qayğını cəbhə bölgəsində yerləşən rayonumuzun timsalında da aydın görünür. 121 çarpayılıq rayon mərkəzi xəstəxanası əsaslı təmir olunmuş, 10 çarpayılıq yoluxucu xəstəliklər şöbəsi üçün yeni korpus tikilərək avadanlıq və inventarlarla təchiz edilmiş, təcili yardım şöbəsinin yerləşdiyi bina təmir  olunmuşdur.

   Görülən  bütün  bu işlərin  mərkəzində isə  insan amili, onun sağlamlığı durur.

   Respublika Prezidenti cənab İlham Əliyevin 2014-cü  ilin  fevral ayının 17-dən may ayının 1-dək əhalinin pulsuz tibbi müayinədən  keçirilməsi barədəki tapşırığı da  məhz əhalinin  sağlamlığına  dövlət səviyyəsində göstərilən diqqət və qayğının  təzahürüdür.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının bununla əlaqədar 06 fevral 2014-cü il tarixli məktubuna əsasən rayon icra hakimiyyətinin başcısı 10 fevral 2014-cü il tarixdə sərəncam imzalamışdır. Həmin sərəncama əsasən 5 nəfərdən ibarət komissiya yaradılmış, komissiya üzvüləri arasında iş bölgüsü aparılmış, ərazilər nəzərə alınmaqla əhalinin pulsuz tibbi müayinədən keçməsi üçün qrafik tərtib olunmuşdur.

Rayon sakinləri 3 zona üzrə-rayon mərkəzi, Azadqaraqoyunlu, Bəyimsarov kənd xəstəxanalarında müayinədən keçirlər.

Tibbi müayinənin keyfiyyətlə həyata keçirilməsi üçün əvvəlcədən rayon ərazisində yerləşən tibb müəssisələrində hazırlıq, əhali arasında təşkilati-izahat işləri aparılmışdır. Səyyar həkim briqadaları müayinəyə gəlmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərir. İndiyədək 40321 nəfər tibbi müayinədən keçirilmiş, 2772 nəfər ambulator, 75 nəfər stasional müalicəyə cəlb olunmuşdur, 34 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmişdir. 22 məntəqədə tibbi müayinə başa çatdırılmışdır. Lakin hələ də bəzi idarə və müəssisələrdə, məntəqələrdə tibbi müayinədən keçməyən vətəndaşlar vardır. Yaradılmış komissiya, səhiyyə işçiləri kənd İƏD-si nümayəndələri və bələdiyyə işçiləri birgə həmin vətəndaşların tibbi müayinədən keçməsi üçün məqsədyönlü işlər aparılır.

  Əhalinin pulsuz tibbi müayinədən keçirilməsi mütamadi olaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

  Ölkə əhalisinin sağlamlığının qorunması dövlətin sosial siyasətinin prioritetlərindən biridir. Prezident İlham Əliyevin əhalinin tibbi müayinəsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır. Bu, xəstəliklərin erkən aşkar edilməsi baxımından çox vacibdir. Belə aksiyaların keçirilməsi ölkə rəhbərinin xalqımızın sağlamlığının qorunmasına göstərdiyi qayğının bariz nümunəsidir.

Sonra rayon Mərkəzi xəstəxanasının baş həkiminin müavini Sevda Əliyeva, Bəyimsarov və Azad Qaraqoyunlu kənd xəstəxanasının baş həkimləri Hüseynova Mehriban, Quluyev Tofiq, rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov çıxış edərək, tibbi müayinənin zonlarar üzürə gedişi barədə məlumat vermişlər.

Şura iclasında rayon rəhbərliyi tərəfindən vətəndaşların maneəsiz qəbul edilməsi və tibbi müayinənin yüksək səviyyədə davam etdirilməsi məqsədi ilə tibb müəssisələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir.

Keçidlər