Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda ictimai-siyasi durum öz məcrasından çıxıb

19 iyun 2020 | 16:00

Ermənistan Baş naziri Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə sürətlə sosial dayaqlarını itirir.  Bu gün Ermənistanda baş verən hadisələr onu sübut edir ki, Paşinyan küçə populizmi üzərində “demokratiya” pərdəsi altında totalitarizm idarəçilik sistemi formalaşdırır. Siyasi müxalifətin məhv edilməsi, azad sözün, sərbəst toplaşma azadlıqlarının boğulması, açıq qisasçılıq oyunlarının aparılması son günlər Paşinyan totalitarizminin əsas ştrixlərinə çevrilib. Siyasi böhran amillərinin üzərinə koronavirus pandemiyasının və ağır sosial-iqtisadi şərtlərin əlavə olması bu ölkədəki vəziyyəti daha da xaotikəşləşdirir. Artıq ermənilər Paşinyanı hakimiyyətə gətirdiklərinə peşman olurlar. Elə keçirilmiş son sosioloji sorğuda ermənilərin 74 faizinin sosial problemlərin həllini gözlədiyini, lakin artıq ümidlərinin itdiyini bildirməsi Paşinyan hakimiyyətinə ictimai güzgü tutmuş olur. Hətta, “Euronews” kanalında dərdlərini danışan ermənilər açıq şəkildə bildirirlər ki, onlar Paşinyana inanmaqda səhvə yol veriblər. Eləcə də yeni idarəçilik modeli qurulmadan köhnə siyasi sistemin dağıdılması da Ermənistanda sosial-siyasi institutların daha dərin erroziyaya məruz qalmasına səbəb olur. Bir sözlə, bu gün sadə ermənilər böyük peşmançılıq içərisindədirlər. Onlar Paşinyandan “demokratiya kökəsi” əvəzinə “totalitarizm kötəyi” gördülər.

   “Artıq bütün dünya bilir ki, işğalçı ölkəni müxalifətdəki “Çiçəklənən Ermənistan” partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edildi və təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edildi. Heç şübhəsiz ki, Q.Sarukyan həbs ediləcək. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınıb və yüzlərlə adam saxlanılıb”.

   Ermənistanda polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edib: “Bu hadisələr zamanı insanların ifadə azadlığı, sərbəst toplaşma hüququ, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması qaydaları kobud surətdə pozulub.

   Qərbin “önəm verdiyi” bütün bu dəyərlər ayaq altına salınıb. Amma nədənsə Qərb bu hadisələri görməzdən gəlir. Azərbaycanda əhəmiyyətli bir hadisə olan kimi bəyanat verən ABŞ Dövlət Departamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi indi özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Ermənistandakı repressiv proseslərə susmaq özü riyakarlıq, ikiüzlülükdür. Vaxtilə Ermənistanda müxalif siyasətçi və jurnalist Mher Yeqizaryan həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də Qərb ölkələri və beynəlxalq təşkilatlar müəmmalı susqunluq nümayiş etdirdilər”.

“Bu gün açıq şəkildə görürük ki, Ermənistanda totalitar inqilabi diktatura qurulub” populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə edib və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirib: “Belə olan vəziyyətdə Şennaklar, Sunnalar hara baxırlar?

   Niyə AŞPA hadisələrə müdaxilə edib, bəyanatlar vermir, Paşinyan hakimiyyətinə sanksiyalar tətbiq etmir? Demək ki, demokratiya deyib dünyanı istismar edən bu kimi təşkilatlar ikistandartlıdırlar, qeyri-obyektivdirlər. Azərbaycanda ən xırda məsələyə reaksiya verdikləri halda, Ermənistanda baş verən qanunsuzluğa qarşı bir dəfə də olsun hansısa ittiham səsləndirməyiblər. Görünür, onların demokratiyasının fəlsəfəsi də budur”.

   Ancaq bənzər hadisələr Azərbaycanda baş versəydi, dərhal ölkəmizə qarşı sistemli bir qarayaxma kampaniyası başladılar, üzün müddət bunu gündəmdə saxlamaqla beynəlxalq imicimizə zərbə vurardılar. Ona görə də, Qərbin demokratiya institutları üçün əgər doğurdan da demokratik dəyərlər, insan hüquq və azadlıqları, söz azadlığı üstün dəyərdirsə mütləq Ermənistanda baş verənlərə adekvat münasibət bildirməli, işğalçı olkənin diktatura rejimini ifşa etməlidirlər.
 

Keçidlər