Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanlıların soyqırım günü qeyd olundu

01 aprel 2014 | 15:00

31 mart Azərbaycanlıların soyqrımı günü münasibətilə ümumrayon toplantısı keçirilmişdir. Toplantıda rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, kənd İƏD üzrə nümayəndəliklərin, bələdiyyələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov soyqrmda qətilə yetirilənlərin ruhuna dua oxumuş, sonra tədbir iştirakçıları şəhidlərin abidə-kompleksinin önünə gül-çiçək dəstələri qoymuşlar.

Tədbirin davamı rayon Gənclər Mərkəzində olmuşdur.

Tədbiri rayon icra hakimiyyətinin birinci müavini Ramiz Şabanov açmış, tədbir iştirakçıları soyqrımda qətilə yetirilənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

Sonra rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov geniş və hərtərəfli məruzə ilə çıxış etmiş, ermənilərin zaman-zaman, mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə və soyqrımdan söhbət açmışdır.

Məruzəçi 1905-ci, 1915-20-ci, 1918-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri qətlamlardan, etnik təmizləmədən faktlarla danışmış, 1988-ci ildən erməni millətçilərinin xarici havadarlıarının təhriki ilə Dağlıq qarabağı Ermənistana birləşdirmək məqsədlərindən, bunun üçün törətdikləri cinayətlərdən, 1992-ci ildə törətdikləri əsrin faciəsi-Xocalı soyqrımından, azərbaycanlıların soyqrımına şahidlik edən Quba məzarlığından söz açmışdır.

Məruzəçi onuda qeyd etmişdir ki, yalnız 1998-ci ilin mart ayının 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı fərman erməni millətçilərinin hərəkətlərinə hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Bu tarixi sənəddə martın 31-nin Dünya Azərbaycanlılarının Soyqrımı günü kimi qeyd olunması təstiqlənmişdir.

Sonra Mamırlı kənd tam orta məktəbinin direktoru Məzahir Cəfərov, Böyük Vətən Müharibəsi veteranlarının rayon şöbəsinin sədri İman Almuradov, Gülabatılı kənd kulubunun müdiri Nurlan Əlizadə, şəhər 5 saylı tam orta məktəbinin VIII sinif şagirdi Sevda Əmirova çıxış etmişlər.

Çıxışlarda bir fikir vurğulanmışdır:  tarix heç nəyi unutmur. Qəddar düşmənimiz olan ermənilər tərəfindən törədilmiş qanlı faciələr heç vaxt unudulmayacaq. Vaxt gələcək haqq-ədalət bərqarar olacaq, Azərbaycanın illərlə çörəyini yeyən, havasını udan ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər. Azərbaycanın üçrəngli bayrağı işğal olunmuş ərazilərimizdə yenidən dalğalanacaqdır.

Keçidlər