Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbiçilərə bayram sovqatı aparılmışdır

20 mart 2014 | 16:00

Tərtər rayon  İcra Hakimiyyəti və Tərtər rayon Hərbi Prokrorluğu rayon mədəniyyət və turizm idarəsinin özfəaliyyət kollektivi ilə birgə N saylı hərbi hissədə olmuş, hərbiçilərə bayram sovqatları aparmışlar. Rayonun hərbi prokroru Fuad Məmmədov, rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, rayon mədəniyyət və turizm idarəsinin müdiri Gündüz Mürsəlov əsgər və zabit heyətini Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara uzun ömür, can sağlığı, vətənin keşiyində həmişə ayıq-sayıq dayanmağı arzulamışlar. Sonra “Tərtər” özfəaliyyət kollektivi hərbçilər qarşısında konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər