Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə Novruz şənliyi

18 mart 2014 | 16:00

 

Rayonun mərkəzi meydanında Novruz şənliyi keçirilmişdir. Şənlikdə 5 mindən çox rayon sakini iştirak etmişdir. Bayramsayağı bəzədilmiş meydanda məktəblilərin əl işləri, müxtəlif oyunlar, Novruz adətləri, milli xörəklər, şirniyyatlar, tarix-diyarşünaslıq muzeyinin eksponatları nümayiş etdirilmişdir. Meydanda tonqal yandırılmış, milli geyimdə olan atlıların, gənc idmançıların və kəndirbazın çıxışları maraqla qarşılanmışdır. Gül-çiçək, səməni və xonçalarla bəzədilmiş meydana Bahar qız faytonla daxil olmuş, Azərbaycanın bayrağını əllərində tutmuş gənclər at belində onu müşayət etmişlər. Bahar qızın gəlişi bayram tədbirini daha da  şənləndirmişdir.

Sonra rayonun icra hakimiyyətinin başçısı cənab Ceyhun Cəfərov tərtərliləri Novruz bayramı münasibəti ilə təbrik etmişdir. Rayonun sosial-iqtisadi və ictimai-siyasi həyatında fəal iştirak edən idarə, müəssisə işçiləri rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman və qiymətli hədiyyələrlə təltif olunmuşlar.

Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə tədbirdə iştirak edən incəsənət ustalarının çıxışları şənlikdə hər kəsin ürəyincə olmuşdur.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişdir.

Keçidlər