Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda “08 Mart” Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

06 mart 2014 | 16:00

     07.03.2014-cü il tarixdə rayonun Gənclər  Mərkəzində Tərtər rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “08 Mart”  Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilmişdir.

   Tədbiri giriş sözü ilə açan Tərtər rayon İcra Hakimiyyətinin  Başçısının birinci müavini Ramiz Şabanov  rayon İcra Hakimiyytinin başçısı cənab Ceyhun Cəfərovun adından “8 Mart” beynəlxalq Qadınlar Günü münasibətilə iştirakçıları və onların şəxsində rayonun bütün qadınlarını təbrik etmiş, son illər ölkəmizdə və rayonumuzda qadınlara göstərilən yüksək diqqət və qayğıdan danışmış, onların ictimai-siyasi fəallığını, rayonun sosial-iqtisadi və mədəni həyatında rolunu yüksək dəyərləndirmişdir. Ramiz Şabanov çıxışında qeyd etmişdir ki, rayon əhalisinin 51 min 175 nəfərini qadınlar təşkil edir. Onların 2032-si təhsil, 605-i səhiyyə, 269-u mədəniyyət sahələrində çalışır, 140-dan çox qadın rəhbər vəzifə tutur. Tərtərli qadınlar bu gün Milli Məclisdə, rayon icra hakimiyyətində, Yeni Azərbaycan Partiyasında, seçkili orqanlarda layiqincə təmsil olunurlar. YAP rayon təşkilatının 5342 üzvündən 2751-i qadınlardır. Milli təhsilimizin inkişafında xidmətilərinə görə rayon qadınlarından üç nəfəri “Əməkdar müəllim” adına layiq görülmüş, iki nəfəri “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

    Daha  sonra   YAP rayon qadınlar şurasının sədri Xatirə Məmmədova, rayon Prokroru Azər Hətəmov, Azad Qaraqoyunlu kəndinin sakini, şairə Nubar Məmmədova, Şairə, Azərbaycan Yazıçılar  birliyinin üzvü Zülfiyyə İmdad qızı, Şəhər 6 saylı  tam orta məktəbinin direktoru Azad Abasov,   Şəhər 2 saylı məktəb liseyin IX sinif şagirdi Sevinc Allahverdiyeva öz çıxışlarında Azərbaycan qadınının dövlət quruculuğu prosesində fəaliyyətindən, ölkəmizdə aparılan gender siyasətindən və qadınlara göstərilən dövlət qayğısından bəhs edərək, sonda qadınları bir daha təbrik etdilər.

    Tədbirdə ilboyu rayonun ictimai- siyası və elmi -mədəni inkişafında fəal iştirak edən qadınlara Tərtər rayon İcra Hakimiyyəti  Başçısı adından bayram hədiyyələri təqdim olundu.
 

Keçidlər