Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə keçirilən dərslər uğurla davam etdirilir
Ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və təbliği məqsədilə Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün açıq tarix dərsləri uğurla davam etdirilir.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədilə keçirilən dərslərdə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında müzakirələrdə məktəbli gənclər fəallıq nümayiş etdirmişlər.
Açıq tarix dərslərinə rayonumuzun tanınmış müəllimləri cəlb olunmuşlar. Dərslərdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilmişdir.
Fevral ayının 28-də Tərtər rayonunun Qaradağlı, Kəlbəcər rayonunun 36, 83 saylı kənd tam orta məktəblərinin XI sinif şagirdləri dərslərdə iştirak etmişlər. Muhazirəçi müəllim Rəşad Şahbazov onbirincilərə 1994-cü il sentyabrın 20-də “Əsrin Müqaviləsi”nin imzalanması və bununlada ölkədə iqtisadi dirçəlişə nail olunması haqqında geniş məlumat vermişdir. Tədris prosesində “Əsrin Müqaviləsi”nin imzalanması ölkəmiz üçün ən böyük nailiyyəti kimi qiymətləndirilmişdir.
Məktəbli gənclər Mərkəzdə dahi şəxsiyyətin həyat fəaliyyətinə həsr olunmuş sənədli filmə baxmış, Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotostendlərlə tanış olmuşlar.